Bərdədə pambıq zavodunda yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə MKT İstehsalat Birliyinin “MKT-Bərdə” filialında qeydə alınıb. Əsasən xam pambıq tədarükü ilə məşğul olan müəssisədə iki pambıq tayası od tutub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Ağdam, Bərdə, Yevlax və Tərtər rayonlarından gələn yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Müəssisəyə xeyli zərər dəyib.
Yanğının baş vermə səbəbləri və dəymiş zərər araşdırılır.
FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, yanğın nəticəsində ümumilikdə 8 ton pambıq yanıb. Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub.