Altay Göyüşovun işdən çıxarılması məsələsinə Bakı dövlət Universitetindən aydınlıq gətirilib. Lent.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, BDU-nun mətbuat xidmətindən bildirib ki, A. Göyüşov işdən çıxarılmayıb, yayılan xəbərlər həqiqətə uyğun deyil.
Qeyd edək ki, Altay Göyüşov Facebook səhifəsində BDU-dakı işindən çıxarıldığını bildirib. O, BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasının müəllimidir.