Bayram günü bölgələrdə yanğınlar olub
22 mart 2014 10:31 (UTC +04:00)

Bayram günü bölgələrdə yanğınlar olub

Azərbaycanın bölgələrində bayram günü yanğın hadisələri baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə,  Şəki rayonu, Qayabaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Lənkəranda baş verib. Belə ki rayonun Yuxarı Nüvədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Saray qəsəbəsində baş verən yanğın hadisəsi zamanı isə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422
avatar

Oxşar yazılar