Baş redaktor dələduzluğa görə tutuldu
19 mart 2014 14:27 (UTC +04:00)

Baş redaktor dələduzluğa görə tutuldu

0

Azərbaycanda qəzet baş redaktoru dələduzluğa görə tutulub.


 

Nəsimi Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Yusif Məhəmməd oğlu Osmanlı saxlanıb.

 

Polisdən həmçinin bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.

 

APA-nın əldə etdiyi məlumata görə, Y. Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1571

Oxşar yazılar