Baş Prokurorluqdan mitinq xəbərdarlığı
14 dekabr 2013 16:06 (UTC +04:00)

Baş Prokurorluqdan mitinq xəbərdarlığı

Azərbaycan Baş Prokurorluğu 2013-cü il dekabrın 15-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) keçirilməsi planlaşdırılan mitinqlə bağlı xəbərdarlıq yayıb.


 

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, mitinq zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli, mitinq təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.

 

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış vaxtlarda və ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244
avatar

Oxşar yazılar