“Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırmalar zamanı cəmiyyətin Daxili Audit Departamentinin təftişçisi Səməd Cəbrayılovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 17 min 212 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.