Baş Prokurorluq 3 milyonluq yeyinti ilə bağlı məlumat yaydı
11 dekabr 2013 15:17 (UTC +04:00)

Baş Prokurorluq 3 milyonluq yeyinti ilə bağlı məlumat yaydı

“Fuad LTD” MMC-nin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Fuad LTD” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

Aparılmış istintaq zamanı Qasım Məmmədovun 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətin mühasibi Ramin İbrahimov ilə qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş vəsaitin 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməsində, həmçinin 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrdə həmin yaşayış binasından yaşayış və qeyri-yaşayış sahələri sataraq əldə etdiyi gəlirlər barədə vergi orqanlarına təqdim etdiyi bəyannamələrin məzmununa bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək gəlirləri barədə heç bir bəyannamə təqdim etməməsi müəyyən edilib. Həmçinin digər icbari ödənişlər üzrə ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

 

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779
avatar

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43