Balakəndə 20 yaşlı kişi intihar edib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qazma kənd sakini, 1993-cü il təvəllüdlü Sarıyev Tural Ramazan oğlu özünü yaşadığı evin həyətyani sahəsində tikilmiş mal tövləsində asıb.
20 yaşlı Tural Sarıyevin hansı səbəbdən intihar etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Balakən rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, bu son 15 gün ərzində Balakən rayonunda baş verən ikinci intihar hadisəsidir. Noyabr ayının 28-də Balakən rayonunun Tülü kənd sakini, 1946-cı il təvəllüdlü Nəbiyev Nizaməddin Ramazan oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar etmişdi.