Dekabrın 8-də saat 23:20 radələrində Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Puşkin küçəsi 13 saylı ünvanın qarşısında, 1994-cü il təvəllüdlü Əhmədov Toğrul Fuad oğlu idarə etdiyi "Mersedes 190" markalı maşınla yolu keçən piyada, 1949-cu il təvəllüdlü Kərimova Lətifə Vəkilhüseyn qızını vurub.
Nəticədə L.Kərimova aldığı ağır, açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada ölüb.
Faktla əlaqədar araşdırmalar aparılır.