Bakının mərkəzində qadının evindən külli miqdarda pul oğurlanıb
22 noyabr 2016 11:46 (UTC +04:00)

Bakının mərkəzində qadının evindən külli miqdarda pul oğurlanıb

0

Bakıda evdən külli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da Bakı şəhər sakini Maral Əsgərovanın evindən 1200 manat və 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramin Soltanov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar