Bu gün Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, 2-ci otağın ev əşyaları 5 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.