Bakının mərkəzində “Toyota Land Cruiser” qaçırıldı
02 noyabr 2017 11:49 (UTC +04:00)

Bakının mərkəzində “Toyota Land Cruiser” qaçırıldı

Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslərin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cari ilin oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsinə (PB) Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

 

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri - Rəfael Əzimov və Elxan Əkbərli saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.

 

Qeyd edək ki, qaçırılan avtomobili idarə edən R.Əzimov bir müddət əvvəl analoji cinayət etdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda R.Əzimov yenidən avtomobil qaçırdığına görə saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28