Bakıdakı dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı
07 dekabr 2013 10:31 (UTC +04:00)

Bakıdakı dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Ötən gecə Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin adları məlum olub.


 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü - 1987-ci il təvəllüdlü Bəhruz Hidayət oğlu Abbasov, 1996-cı il təvəllüdlü İsmət Zeynur oğlu Xəlilov, 1990-cı il təvəllüdlü Yaqub Yunis oğlu Tağıyev, 1977-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Hacıyev dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə ötən gecə  20 Yanvar dairəsində qeydə alınıb.


APA-nın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” tuneldən çıxaraq qarşısındakı “Shagman” markalı yük avtomobilinə çırpılıb.

 

Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-in xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2362
avatar

Oxşar yazılar