Bakıda zavodun mühafizə idarəsinin rəisi öldü
07 dekabr 2013 13:01 (UTC +04:00)

Bakıda zavodun mühafizə idarəsinin rəisi öldü

Paytaxtda zavodun mühafizə idarəsinin rəisi bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün “CDİC” Salfet-Kağız Zavodunda qeydə alınıb.

Zavodun mühafizə idarəsinin rəisi, Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Rza Quliyev bıçaqla ehtiyatsız davrandığından ayaq nahiyəsindən xəsarət alıb. Nəticədə R. Quliyev qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.

# 1406
avatar

Oxşar yazılar