Bu gecə Bakı şəhəri, Yasamal rayonunda “ANT MMC” tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 1-ci mərtəbəsinin girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb. Digər elektrik lövhəsində 15 ədəd sayğac yanğından mühafizə olunub.
Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.