Bakı-Sumqayıt yolunda, Tbilisi prospektindә, Şamaxinka dairәsindә böyük tıxac davam edir. APA-nın məlumatına görə, nәqliyyatın hәrәkәti tam dayandığından insanlar avtobuslardan enib piyada getməyə məcbur olur.
YPX əməkdaşları nəqliyyat hərəkətini tənzimləməyə çalışır. Lakin hələlək göstərilən səylər nəticə vermir.
***
19.06
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, paytaxtın Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tiflis, Neftçilər, Bülbül prospektlərində, 3-cü mikrorayon dairəsində, 20 Yanvardan Xırdalan istiqamətində böyük tıxac yaranıb.Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.
NİİM-dən həmçinin bildiriblər ki, 20 Yanvardan Xırdalan istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.