Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarıb və aidiyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 15:22-də başa çatıb.