Bakı şəhər sakini odlu silah satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəhim Əzimov 1 ədəd «Revolver» markalı tapançanı və 1 ədəd patronu satarkən tutulub.
R.Əzimovdan əlavə olaraq 1 ədəd «Valter» markalı tapança və 2 ədəd patron götürülüb.
Fakt üzrə araşdırma aparılır.