Bakıda stomatoloji kabinetdə faciəvi hadisə
05 dekabr 2013 16:03 (UTC +04:00)

Bakıda stomatoloji kabinetdə faciəvi hadisə

Bu gün Bakıda özəl statoloji kabinetdə pasientin ölümü baş verib. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 47 yaşlı Elcin Məmmədov Bakıda yerləşən "Vipdental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib.

 

Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasientdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.

 

Xəstəninin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.

 

A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma araşdırma zamanı da bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl "Medi Sina" özəl klinikasında Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı da əməliyyata hazırlıq vaxtı - narkoz vurulduqdan sonra dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8087
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21