Bakıda şirkətdən 60 min dollar quldurluq edən şəxslərdən daha bir saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub. Digər şəxs isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.