Bakıda sərxoş sürücü yol qəzası törətdi - <span style="color:red;">YENİLƏNİB
24 mart 2014 09:59 (UTC +04:00)

Bakıda sərxoş sürücü yol qəzası törətdi - YENİLƏNİB

0

Bakının Xətai rayonu, Nobel prospektində sərxoş sürücü qəza törədib.

 

APA-nın xəbərinə görə, prospektlə hərəkət edən 99-DP-625 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü içkili halda idarə etdiyi avtomobili işıq dirəyinə çırpıb.

 

Hadisə nəticəsində elektrik dirəyi açıb, prospektin bir hissəsi işıqsız qalıb. Sürücünün xəsarət almadığı qəzada avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə yerinə gələn yol polisi hadisə yerində araşdırma aparıblar. Polis əməkdaşları qəza ilə bağlı prospektdə yaranmış tıxacı aradan qaldırmaq məqsədilə avtomobili evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıblar.

 

Sürücü isə içki testinə cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1135

Oxşar yazılar