Dekabrın 4-də saat 06 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zemfira Əlibala qızı vurulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “Daewoo” markalı avtobusun sürücüsü, Gürcüstan vətəndaşı Fəxri Rüstəmov müəyyən edilib. F.Rüstəmov tutulub.