Bakıda saxta pul əməliyyatı
23 yanvar 2014 12:28 (UTC +04:00)

Bakıda saxta pul əməliyyatı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.

 

Həmçinin R.Ş irəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilib.

 

Şirvan şəhərinin ərazisində R. Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilərək götürülüb.
 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar