Bakıda qətl törətmiş daha bir nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB, Səbail Rayon Mühafizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Elnur Məmmədov tutulub.
Araşdırma aparılır.