Bakıda qar yağıntısı qəzaya səbəb oldu, “Volkswagen” “Skoda”ilə toqquşdu
02 yanvar 2016 10:44 (UTC +04:00)

Bakıda qar yağıntısı qəzaya səbəb oldu, “Volkswagen” “Skoda”ilə toqquşdu

Bakıda müşahidə olunan yağıntılı hava şəraiti yol qəzasına səbəb olub. APA TV-nin məluma məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

 

Hüseyn Seyidzadə küçəsindəki körpüdən Abdulvahab Salamzadə küçəsinə doğru hərəkət edən “Skoda” markalı avtomobil körpünün enişindəki yol ayırıcısına çırpılıb. Avtomobil həm də yol nişanını yerindən qoparıb. Arxadan gələn “Volkswagen” markalı avtomobil isə “Skoda”ya çırpılıb. Zərbənin gücündən “Volkswagen” “Skoda”nın altına girib.

 

Qəza nəticəsində “Skoda”nın sürücüsü xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya görünüş dairəsinin az olduğu ərazidə “Skoda”nın sürücüsünün sürət həddini aşması, “Volkswagen”in sürücüsünün isə həm sürət həddini aşması, həm də düzgün ara məsafəsi saxlamaması səbəb olub. Qeyd edək ki, DYP sürücülərə hava şəraitini nəzərə almaq və sürət həddini ona uyğun seçmək barədə xəbərdarlıq edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

# 128
avatar

Oxşar yazılar

Bakıda 68 yaşlı kişi itkin düşüb

Bakıda 68 yaşlı kişi itkin düşüb

4 mart 2024 , 21:50
"Neftçi"nin bazasına  hücum edənlər   saxlanıldı

"Neftçi"nin bazasına hücum edənlər saxlanıldı

4 mart 2024 , 19:25
15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin  ürəyinə sancdı

15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin ürəyinə sancdı

4 mart 2024 , 19:09
Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12