Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Bakı şəhər sakini Bəsti Qurbanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Zeynalov saxlanılıb.
Araşdırma aparılır.