Bakı sakininin evindən külli miqdarda pul oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Bakı şəhər sakini Zenfira Xasanovanın evindən 12.000 ABŞ dolları və 3.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli tutulub. Daha 1 nəfər isə müəyyən edilib.
Araşdırma aparılır.