Bakıda qadına qarşı 88 min dollarlıq dələduzluq
31 dekabr 2016 20:21 (UTC +04:00)

Bakıda qadına qarşı 88 min dollarlıq dələduzluq

Bakıda 67 yaşlı qadına qarşı 88 min dollarlıq dələduzluq edilib.

 

"Report"un xəbərinə görə, Bakı şəhər sakini 1949-cu il təvəllüdlü Süleymanova Güləbatın Məcid qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

 

Belə ki, 2016-ci ilin iyun ayında Sayalı adlı şəxs onu aldadaraq 12 000 ABŞ dollar pulunu və 76 000 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını alıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar