Bakının Şüvəlan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yaşayan Aygün Kərimovaya münaqişə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Məzahir Nurəliyev tutulub.
Araşdırma aparılır.