Otel rəhbərliyi “əxlaqsızlıq yuvası”na münasibət bildirdi EKSKLÜZİV
23 dekabr 2013 17:56 (UTC +04:00)

Otel rəhbərliyi “əxlaqsızlıq yuvası”na münasibət bildirdi EKSKLÜZİV

Bu gün Daxili İşlər Nazirliyinin “İrşad” otelində əxlaqsızlıq yuvası təşkil edilməsi ilə bağlı yaydığı xəbərə qarşı tərəf münasibət bildirib. Otelin direktoru Vüqar Mehdiyev Lent.az-a açıqlamasında bildirib ki, heç bir dəlil-sübut olmadan oteldə əxlaqsızlıq yuvasının təşkil edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb. V.Mehdiyev qeyd edib ki, baş verənlər əvvəlcədən quraşdırılmış ssenarinin nəticəsidir: “Bu anormal bir hadisədir. Bizi yalandan günahlandırırlar və biz bunu vəkillərimiz vasitəsi ilə araşdıracağıq”.

 

 

Otelin əməkdaşı, DİN-in yaydığı məlumatda adı hallandırılan Vüqar Əliyev isə bildirib ki, iş yoldaşı, təhlükəsizlik xidməti əməkdaşı Denis Semendyayev dünən axşam saatlarında ona yaxınlaşıb və boş otaq olub-olmadığını soruşub. D.Semendyayev bildirib ki, dostu gələcək və otağın açarını istəyib. V.Əliyev də ona etibar edərək heç bir sənəd olmadan açarları verib: “Bundan sonra Denis marketə getdi. Saat 22 radələrində isə otelə başqa bir qız gəldi və təzə gəlmiş qonaq – Rasim adlı şəxsin otağına qalxacağını bildirdi. Denisin dostu olduğuna görə ona da yuxarı qalxmağa icazə verdilər. Denis isə tez bir zamanda qonaqların sənədlərini gətirəcəklərini bildirdi. Lakin az sonra mülki geyimli 6 nəfər içəri daxil oldu. Bizi qeydiyyat otağına saldılar və binada axtarış aparacaqlarını dedilər. Polislər birbaşa 3-cü mərtəbəyə – Denisin dostu olan otağa doğru getdilər”.

 

V.Əliyev onu da bildirdi ki, polislər onları bölməyə aparıb və burada təzyiq altında qonaqlara cinsi əlaqəyə girməklə bağlı şərait yaratdıqlarını yazdırıblar. D.Semnyayev də Lent.az-a açıqlamasında bölmədə təzyiqə məruz qaldıqlarını bildirib.

 

 

Otel əməkdaşları onu da bildirdi ki, Rasim adlı şəxs bir neçə gün əvvəl də otelə gəlib. Lakin sənədini təqdim etmədiyinə görə ona otaq verilməyib. Həmin vaxt o, Denis Semendyayevlə münasibət qurub və növbəti dəfə də həmin münasibət sayəsində sənədsiz nömrə götürüb. Araşdırmalar nəticəsində otelə gələn şəxslərdən, eləcə də cütlüklərdən onların nikah və ya qohumluq münasibətlərini sübut edən sənədlərin tələb edilmədiyi də üzə çıxdı. Məlum oldu ki, otelə gələn qonaqlar yalnız şəxsiyyət vəsiqəsi-pasportu təqdim etməklə nömrə götürə bilirlər.

 

 

*****

 

23.12.2013 / 13:00

 

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oteldə əxlaqsızlıq yuvası saxlanması faktının üstü açılıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Əhmədli qəsəbəsinin ərazisində yerləşən “İrşad” otelində oranın işçiləri Vüqar Əliyevin və Denis Semendyayevin  əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

 

Hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16536
avatar

Nizam Rza

Oxşar yazılar