Bakıda daha bir nəfər yanğın zamanı xəsarət alıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 2-də saat 02 radələrində Yasamal rayonu ərazisində yeni inşa edilən binalardan birinin nəzarətçi otağında yanğın baş verib. Nəticədə otağın yanar konstruksiyaları yanıb. Xəsarət almış nəzarətçi - Bakı şəhər sakini Azər İmanov xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.