Lent.az-ın məlumatına görə, hadisə Mirzə İbrahimov küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda kirayə yaşayan Böyük Britaniya vətəndaşı Riçardson George 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evdə olmadığı müddətdə qapını sındıraraq içəri daxil olublar. Evdən iki ədəd, dəyəri 1100 manat olan elektrik gitarası, mikrofon, musiqi-səsyazma avadanlıqları oğurlanıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, zərərçəkmiş İngiltərənin South Shield bölgəsindəndir. O, Bakıdakı şirkətlərdən birində memar işləyir. G.Riçardson həm də musiqiçi kimi fəaliyyət göstərib. Bu işlə həvəskar səviyyədə məşğul olsa da, onun arabir restoranlarda çıxış etdiyi bildirilir.
Oğurluq faktı ilə bağlı araşdırmalar aparılır.