Bu gün Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Bakı şəhəri, Xəzər rayonu ərazisində 1 ədəd mərmiyə bənzər əşyanın aşkar olunması barədə məlumat daxil olub. Lent.az ANAMA-ya istinadən xəbər verir ki, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri ilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən məişət tullantıları ərazisində aşkar olunmuş 1 ədəd naməlum obyektə baxış keçirilib. Hərbi sursat olmadığı aşkar edilən əşya agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.