Bakıda tapılan mərmi partladıldı
06 dekabr 2013 12:21 (UTC +04:00)

Bakıda tapılan mərmi partladıldı

Dekabrın 5-də saat 18.30 radələrində Bakının Yeni Yasamalda qəsəbəsində aşkarlanan 82 millimetrlik minaatan mərmi dekabrın 6-da səhər saatlarında boş ərazidə zərərsizləşdirilib.

Lent.az-ın APA TV-yə istinadən xəbərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mərminin zərərsizləşdirilməsi üçün münasib yer seçilib.

Təhlükəsizliyin təmin olunması məqsədi ilə ərazi 2 posta ayrılıb. Mərmi qazılmış ərazidə basdırılıb.

Zərərsizləşdirilən mərmi "Qismət" şadlıq sarayının arxasında aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, döyüş üçün tam yararlı olan mina ərazidə aparılan qazıntılar zamanı tapılıb.

# 806
avatar

Oxşar yazılar