Bakıda mənzildən qadın meyiti tapıldı
25 dekabr 2016 12:07 (UTC +04:00)

Bakıda mənzildən qadın meyiti tapıldı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1941-ci il təvəllüdlü Allahverdiyeva Rima Amuxan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

 

 

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

 

 

Əməliyyat saat 10:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar