Bub gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1967-ci il təvəllüdlü Fazil Məhəmməd oğlu Ağayevin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:29-da başa çatıb.