Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, nəticədə mənzilin pəncərə çərçivəsi 2 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Ağdam rayonu, Rzalar kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilidə baş verib. Nəticədə tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlaması yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Hacıqabul rayonu, Muğan kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə, evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-də yanğınsöndürənlər tərəfindən söndürülüb.