Bakıda marketdən ərzaq oğurlayan keçmiş məhkum tutuldu
01 dekabr 2017 10:38 (UTC +04:00)

Bakıda marketdən ərzaq oğurlayan keçmiş məhkum tutuldu

0

Bakıda marketdən oğurluq edən şəxs tutulub. Lent.az xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketdən 103 manatlıq ərzaq məhsulları oğurlayan Göygöl rayon sakini 1979-cu il təvəllüdlü Vəliyev Nazim Nürəddin oğlu mühafizə polisi tərəfindən tutulub. O, ərazi üzrə 15-ci Polis Bölməsinə təhvil verilib.

 

Qeyd edək ki, N.Vəliyev əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

 

Onun ətrafında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar