Bakıda mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayon ərazisindəki mağazaların birindən 1350 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Şəhriyar Musayev, Səbuhi Qurbanlı, Xaçmaz rayon sakini Cavid Zəkiyev və Saatlı rayon sakini Qaryağdı Ruşanov tutulublar.
Araşdırma aparılır.