Bakıda 28 yaşlı kişi liftin şaxtasına düşərək ölüb.
Suraxanı Rayon polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsi 14-cü binada qeydə alınıb.
Əlillər üçün inşa edilən binada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Ceyhun Hacıyev liftin şaxtasına düşərək ölüb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən şaxtadan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.