Bakıda gözəllik salonundan oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 18-nə keçən gecə Bakı şəhər sakini Pərvanə Musayevaya məxsus II Zabrat qəsəbəsi H.Aslanov küçəsində yerləşən gözəllik salonundan, qapını sındırmaq yolu ilə fen və 250 manat oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Fikrət İsmayılov tutulub.
Araşdırmalar davam etdirilir.