Bakıda kirayənişin ev sahibinin fenini götürüb qaçdı
07 may 2017 10:13 (UTC +04:00)

Bakıda kirayənişin ev sahibinin fenini götürüb qaçdı

0

Bakıda maraqlı oğurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Cavanşir küçəsi 27A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Ağayeva Sədaqət Tofiq qızı 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, evində kirayə yaşayan Səkinə adlı qadın oğurluq edib. 45 yaşlı qadın qeyd edib ki, həmin şəxs ona məxsus olan şəxsiyyət vəsiqəsini, saç fenini və 50 manat pulu götürərək qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar