İki avtomobil toqquşub: xəsarət alanlar var - <span style="color:red;">YENİLƏNİB
25 mart 2014 10:01 (UTC +04:00)

İki avtomobil toqquşub: xəsarət alanlar var - YENİLƏNİB

0
 Gecə saatlarında  Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsinin  Sakit  Qocayev küçəsində qeydə alınıb.

 

Anar Cavadovun idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşı tərəfdən gələn və hələlik sürücüsü məlum olmayan "Azsamand" markalı  maşınla toqquşub.

 

Nəticədə VAZ-2107-nin sürücüsü Anar Cavadov və həmin avtomobildə olan sərnişin Aygün Səfərova ağır bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. "Azsamand"ın sürücüsü  isə qəzadan sonra hadisə yerini tərk edib.

 

İlkin ehtimala görə, hadisəyə "Azsamand"ın sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar