Bakıda ana və azyaşlı qızı dəm qazından zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 11-də qeydə alınıb. Paytaxtın Yasamal rayon sakinləri Aygün Heydərova və onun azyaşlı qızı Məryəm dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada dünyalarını dəyişiblər.