Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1950-ci il təvəllüdlü Axundov Rasim Nazim oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:26-da başa çatıb.
Bakıda evdən meyit tapıldı
98