Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rail Quliyevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 20-də rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.