Bakıda daha bir nəfər dəm qazından boğuldu
22 dekabr 2016 12:13 (UTC +04:00)

Bakıda daha bir nəfər dəm qazından boğuldu

0

Bakıda daha bir nəfər dəm qazından ölüb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Siyavuş Fərzəliyev dəm qazından dünyasını dəyişib. 

 

Qeyd edək ki, dünən gecə Sabunçu rayonu ərazisində yaşayan Kəmalə Qarayeva və 2 yaşlı qızı Nərgiz Orucova da evlərində dəm qazından zəhərlənərək ölüblər.

 

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar