Bakıda binanın elektrik sayğacları yanıb
11 dekabr 2016 21:38 (UTC +04:00)

Bakıda binanın elektrik sayğacları yanıb

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik şitində 6 ədəd elektririk sayğacı yanıb.

 

Digər elektrik sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar