Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.