Bakıda avtobus qəzaya uğradı - YENİLƏNİB
05 dekabr 2013 12:22 (UTC +04:00)

Bakıda avtobus qəzaya uğradı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus ilə “Qaz” markalı minik avtomobili toqquşub. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb. Sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.

# 3538
avatar

Oxşar yazılar